Xəbər lenti

Gəncədə Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub - Fotolar

Tarix: 25-04-2024 21:47     Baxış: 868

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti, tarzən Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub.

Mubarizciler.az-ın məlumatına görə,  Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə rəsmilər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən Xalq artistinin ailə üzvləri iştirak ediblər.

Konsert proqramında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər. Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları alqışla qarşılanıb.

Konsertdə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoçarxlar nümayiş olunub. Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar