Xəbər lenti

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təqdimatı oldu - Fotolar

Tarix: 23-04-2024 00:09     Baxış: 889

Mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, mədəniyyət və elmi ictimaiyyətin nümayəndələri iştirak etdiyi açılış mərasimi  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunub.

Sonra qonaqlara muzey haqqında videoçarx və son 25 il ərzində çıxan nəşrlər təqdim olunub.

Mubarizciler.az ın əld etdiyi məlumata görə, Tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı yeni ekspozisiya haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı verir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin  elm və mədəniyyətimizin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb.

O,  Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib. 

Tədbirin rəsmi hissəsi qədim musiqi alətləri ansamblının konsert proqramı ilə davam etdirilib.

Daha sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası ilə tanış olublar.

Qeyd edək ki, muzeyin yeni ekspozisiyası Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına uyğun olaraq qurulub. 2023-cü ilin əvvəlindən ekspozisiya zallarında işlərə başlanılıb. İş prosesində əvvəlkindən fərqli olaraq yeni ekspozisiyanın 1920-ci ilə qədər deyil, davamlı olaraq Zəfər və Böyük Qayıdış tarixi ilə tamamlanması qərara alınıb. 2023-cü ilin sonunda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi, iki dildə (Azərbaycan və ingilis) annotasiyaların, etiketajların hazırlanması başa çatıb. İnteraktiv masa və monitorlarda Azərbaycan tarixinin bütün dövrləri, həmçinin həmin dövrlərə uyğun gələn muzey eksponatları haqqında məlumatlar yerləşdirilib. Ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 m2) (H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. 

Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədərki, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyə qədərki dövrləri nümayiş edilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar