Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117 ili tamam olur

Tarix: 19-04-2024 10:44     Baxış: 1 505

Bu gün Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117  ili tamam olur.

Mubarizciler.az xatırladır ki,  Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da anadan olub. O, ADU-nun şərqşünaslıq fakültəsinin dilçilik şöbəsində, “Leninqrad Konservatoriyası” nəzdindəki musiqi məktəbində təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. “Nizami”, “Soyüdlər ağlamır” operalarının müəllifidir. “Hacı Qara”, “Fərhad və Şirin” əsərlərinə musiqi bəstələyib. “Bahadır və Sona”, “Söyüdlər ağlamır”, “Qaraca qız”, “Qızıl açar” baletlərinə libretto yazıb. Musiqi və teatr incəsənəti ilə bağlı onlarla məqalənin müəllifidir. C.Rossinin “Sevilya bərbəri” və bir sıra operaların mətnlərini Azərbaycan dilinə tərcümə edib.

Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar