Xəbər lenti

Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olur

Tarix: 17-04-2024 12:26     Baxış: 1 190

Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96  ili tamam olur.

Mubarizciler.az xatırladır ki, Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabadda anadan olub.

 O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. SSRİ Böyük Teatrında və İtaliyada “La Skala” teatrında təcrübə keçib. Sabirabad şəhər Dövlət Dram Teatrında, Mədəniyyət evində, Azərbaycan Teatr Xadimləri İttifaqında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Azərbaycan Televiziyası və Radiosu xorunun, Azərbaycan Dövlət estrada orkestrinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Lütfiyar İmanov “İstiqlal” ordeni ilə təltif edilib, “Xalq artisti” fəxri adına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Görkəmli opera müğənnisi 2008-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar