Xəbər lenti
27-01-2026, 12:43
 

Gəncədə Qəmbər Hüseynlinin xatirəsi yad edilib - Fotolar

Tarix: 16-04-2024 16:44     Baxış: 1 239

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 108 illiyi qeyd olunub. 

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə,Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər.  


Onlar dünya şöhrətli bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər düzüblər. Daha sonra tarda bəstəkarın hər kəs tərəfindən sevilən “Ay işğında” mahnısı ifa olunub.


Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər  "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bəstəkar 1961-ci il iyulun 31-də vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar