Xəbər lenti
25-07-2026, 19:27
 

Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 135 ili tamam olur

Tarix: 12-04-2024 09:31     Baxış: 1 407

Bu gün Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 135  ili tamam olur.

Mubarizciler.az xəbər verir ki, Seyid Şuşinskinin (Mir Möhsün Ağa Seyid) 1889-cu il aprelin 12-də anadan olub.

 Seyid Şuşinski mürəkkəb muğam olan “Cahargah”ı böyük məharətlə oxuyub. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Qarabağ xanəndəlik məktəbinin ən böyük musiqi təhsil ocaqlarında muğam dərsləri deyib. Dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında onun böyük rolu olub. Seyid Şuşinski “Əməkdar müəllim”, “Xalq artisti” fəxri adlarına layiq görülüb.


Görkəmli xanəndə 1965-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar