Son Dəqiqə: Şəhidlərimizə qarşı hörmətsizlik - FOTO/VİDEO
Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusilə vurğulayır ki, şəhid ailələrinə, qazilər veteranlara hər kəs hər yerdə hörmət etməlidir.
Təəssüflər olsun ki, bu gün prezident İlham Əliyevin səsləndirdiyi fikirləri alt üst edən məmurlara ras gəlinir. Mubarizciler.az xəbərportalına daxil olan məlumata əsasən bildiririk ki, Hacıkənd qəsəbəsində durujba lager adlanan ərazisində Gəncə Əmlak komitəsinin əməkdaşları gecə saatlarında and yerimiz olan Şəhidlərmizin plakatlarını cırıb qopararaq kolluğa atıblar. Bu hadisəni isə Turkdunyasi.az informasiya portalının Baş direktoru Vüqar Qurbanov aşkar edib və anları lentə alıb.
https://youtu.be/sCCye9zBXUk?si=PFM-nvHsd5nmiFUP
https://youtu.be/kyBoei2xT60?si=NdpQfcUCtmdqjzhD
Bəs maraqlıdır görəsən Gəncə şəhər əmlak idarəsinin əməkdaşlarında şəhidlərimizə qarşı bu qədər kin nifrət haradan qaynaqlanır? Bu hərəkətin yalnız bir adı var vicdansızlıq və barbarlıq. Ümid edirik ki, təqdim etdiyimiz bu faktlara aidiyyəti qurumlar biganə qalmayacaq.
https://youtu.be/sCCye9zBXUk?si=8BId6fM6RKoEBMVP
Xəbəri paylaş