Xəbər lenti

İsax Məmmədov Ramazan bayramı münasibəti ilə Mədəniyyət işçilərini təbrik edib

Tarix: 09-04-2024 22:30     Baxış: 2 058

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mədəniyyət Müəssisələri ilə iş sektorunun Baş Məsləhətçisi Goranboy rayonu üzrə Nümayəndəsi İsax Məmmədov  mədəniyyət ictimaiyyətini İslam dünyasının müqəddəs "Ramazan bayramı" münasibəti ilə təbrik edib.


Mubarizciler.az-ın xəbərinə görə, təbrikdə deyilir:

Hörmətli Mədəniyyət işçiləri dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərləri yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasını reallığa çevirdi.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın müsəlman aləmi ilə əlaqələrinin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi, Azərbaycan İslam dünyasının üzvü kimi böyük nüfuz qazandı. 

Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” və 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi  kimi yüksək missiyanı yerinə yetirib. 

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili va xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin törətdiyi irimiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarında əsgər va zabitlərin qəhrəmanlığı, fədakarlığı sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, ordumuzun gücü sayəsində düşmən üzərində parlaq Qələbə qazandıq. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə öz mövqelərini daha da gücləndirməklə dövlət başçısının rəhbərliyi altında başlayan genişmiqyaslı bərpa-quruculuq işlərinə layiqli töhfələrini verməkdədir.

Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhid ailələri daima Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Onların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram eyni zamanda ölkəmizin tərəqqisi naminə yeni uğurlar diləyirəm.


Ramazan bayramınız mübarək!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar