Xəbər lenti
10-09-2025, 09:44
 

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı keçirilib - FOTO

Tarix: 05-02-2023 20:40     Baxış: 1 259

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı keçirilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində keçirilən IX “Gəncliyin səsi” festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir. 

Mubarizciler.az xəbər verir ki, Fevralın 4-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib. Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında  gənclər tərəfindən Ulu öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.

Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də “Aynabənd” rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər

Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.

Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib.


Musiqi axşamı tamaşaçıların alqışları ilə qarşılanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar