Xəbər lenti
18-11-2024, 12:06
 

Daşkəsən Polisi “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirdib - FOTO

Tarix: 21-01-2023 13:05     Baxış: 717

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun kənd və rayon orta məktəblərinin kollektivinin iştirakı ilə Heydər Əliyev mərkəzində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.
Şöbə rəisi, polis polkovniki Seymur Əfəndiyev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə mənfi əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.
Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx izlənilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar