Xəbər lenti
25-07-2026, 19:27
 

Mədəniyyət naziri paytaxtda vətəndaşların müraciətlərini dinləyib - Foto

Tarix: 04-04-2024 21:52     Baxış: 1 414

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli aprelin 4-də Azərbaycan Milli Kitabxanasında vətəndaşları qəbul edib.

Mubarizciler.az-ın məlumatına görə, Qəbulda Bakı şəhəri üzrə  30 vətəndaşın müraciəti dinlənilib. 

Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.

Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar