Xəbər lenti

Xalq artisti Muxtar Maniyevin anadan olmasının 89 ili tamam olur

Tarix: 04-04-2024 13:25     Baxış: 1 372

Bu gün Xalq artisti Muxtar Maniyevin anadan olmasının 89  ili tamam olur.

Mubarizciler.az xatırladır ki, Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda anadan olub. O, Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan Teatr İnstitutunda təhsil alıb. Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Yaradıcılığa “Onu bağışlamaq olarmı?” bədii filmi ilə başlayıb. “İnsan məskən salır”, “Koroğlu”, “Nəsimi”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Nizami”, “Babək”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Gecə qatarında qətl”, “Həm ziyarət, həm ticarət”, “Qanlı zəmi”, “Ölsəm bağışla”, “Papaq” kimi filmlərdə unudulmaz obrazlar yaradıb. “Mozalan” kinojurnalı yarandığı vaxtdan kinojurnalın nömrələrində fəal iştirak edib, bir çox rollarda çəkilib. Sənətkar 150-dən çox filmdə bir-birindən maraqlı rollar yaradıb.


Milli kino sənətimizin görkəmli nümayəndəsi 2016-cı ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar