Elçin Tağıyev Nazirə müraciət ünvanlayıb
Goranboy rayon Qızılhacılı Qəsəbə sakini, 1984-cü il təvəllüdlü, 2006-cı ildən Mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış, hal-hazırda Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evinin metodisti vəzifəsini müvəqqəti icra edən, orta ixtisas təhsilli, İctimai-fəal Elçin Məhəmməd oğlu Tağıyev Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimliyə müraciət ünvanlayıb.
Mubarizciler.az ünvanlanan müraciəti olduğu kimi təqdim edir.
Hörmətli Mədəniyyət Naziri cənab Adil Kərimli Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Pərvin Kazımovu təyin etməyiniz münasibətilə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Pərvin Kazımov dövlətinə sadiq, vətənini sevən vətəndaşlara şərəflə xidmət edən bir rəhbərdir. Keçirilən vətəndaş qəbullarında ilk olaraq Şəhid və Qazi ailələrini vövbədən kənar qəbul etmiş, onların müraciətlərini dinləyərək səsləndirilən məsələlərin həlli istiqamətində mühüm addımlar atmışdır. Regional idarənin tabeliyində fəaliyyət göstərən rayonlardakı Mədəniyyət müəssisələrində canlanmaların şahidi olaraq Mədəniyyətin yeni uğurlara imza atmasını görürük.
"Xalq öz Mədəniyyət ilə tanınır" "Mədəniyyət xalqın tribunasıdır" deyiblər.
Hesab edirəm ki, Pərvin Kazımov ona göstərilən yüksək etimadı doğruldacaq.
Cənab Nazir Sizə bütün Mədəniyyət işçiləri adından sonsuz minnətdarlığımı bildirirəm.
Xəbəri paylaş