Xəbər lenti
18-11-2024, 12:06
 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Dədə Şəmşirin doğum günü keçirildi - Fotolar

Tarix: 16-03-2024 16:02     Baxış: 994

Mart ayının 15-də Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin anadan olmasına  həsr olunmuş tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə Göygöl rayon Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Quliyeva, YAP Kəlbəcər rayon təşkilatının əməkdaşı Anar Əhmədov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Qərb bölgəsi üzrə Aşıqlar filialının rəhbəri Elbrus Hüseynov.Əməkdar mədəniyyət işçisi aşıq Əhliman Abdullayev, aşıqlardan Əfqan Məmmədov,Şöhrət Kərimov, musiqi məktəbinin müəllim,şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.         Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasında 131 il ötür.  Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə bir çox şairlərin yetişməsinə münbit zəmin yaradıb. 

Aşıq Şəmşirin yaradıcılığını dövlətimizin başçısı cənab İlham Əliyev yüksək dəyərləndirmiş və  2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı, sərəncam imzalamışdır. Ulu Öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.

Erməni girovluğunda qalan görkəmli sənətkarın  məzarı və doğma  yurdu Kəlbəcər erməni əsarətindən dəmir iradə və dəmir yumruğa sahib Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli oğullarımızın sayəsində azad edilmişdir. Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq və Kəlbəcər rayonunda Aşıq Şəmşir məktəbinin yenidən  onlarla saz-söz sərrafı yetişdirəcəkdir.

Allah Rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar