Xəbər lenti

Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Mübariz Əkbərovun yaradıcılıq gecəsi keçirilib - Foto

Tarix: 13-03-2024 23:23     Baxış: 707

10 mart 2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Mübariz Əkbərovun yaradıcılıq gecəsi keçirilib.

Mubarizciler.az xəbər verr ki, Gecədə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis v.i.e Pərvin Kazımov, Turan Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, yazıçı, Əməkdar Jurnalist Nüşabə Əsəd Məmmədli, Turan EA-nın akademiki Bayram Apoyev, Turan EA-nın akademiki Şaiq Məmmədov, Turan EA-nın Fəxri akademiki Fərman Hüseynov,  Jurnalist Zakir Muradov, teatrşünas, tənqidçi Anar Bürcəliyev ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər

Tədbir iştirakçıları rəssamın əl işlərinin özünəməxsusluğundan söz açıb ona yaradıcılıq uğurları aruzlayıblar. Daha sonra Mübariz Əkbərova Turan Elmlər Akademiyasının fəxri diplomu və döş nişanı təqdim olunub.

Tədbirin sonunda əməkdar rəssam Mübariz Əkbərovun əl işlərindən ibarət sərgi, hər kəsdə xüsusi maraq doğurub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar