Xəbər lenti

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib - Foto

Tarix: 13-03-2024 16:46     Baxış: 1 204

Martın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, İclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri – mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında təkbətək görüş olub.

Xorvatiyalı naziri salamlayan Adil Kərimli bildirib ki, iki ölkə arasında əlaqələr geniş spektrlidir və bu sahədə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Qeyd olunub ki, 2023-cü ilin 6 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə Bakıda keçirilən görüşündə Birgə Komissiyanın qarşısında qoyulmuş tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Söhbət zamanı martın 12-də Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunun da əhəmiyyəti yüksək qiymətləndirilib. 

Nazir Damir Habijan Xorvatiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri olduğunu, dövlət başçılarının siyasi iradəsi ilə əlaqələrin ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. 

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Sonra Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası başlayıb.

Azərbaycan və Xorvatiyadan müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi iclasda Birgə Komissiyanın həmsədrləri açılış nitqi söyləyiblər.

Hər iki ölkənin məsul nümayəndələrinin iqtisadiyyat və sənaye, enerji, nəqliyyat, mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq barədə çıxışları dinlənilib.

Çıxışlardan sonra Birgə Komissiyanın həmsədrləri iclasda müzakirə olunan sahələr üzrə əməkdaşlığa dair protokolu imzalanıb.

Sonda xatirə fotosu çəkdirilib.

Xorvatiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar