Xəbər lenti
18-11-2024, 12:06
 

Polis Ağalıda şagirdlərlə ilk dəfə maarifləndirmə tədbiri keçirib - Foto

Tarix: 29-02-2024 14:15     Baxış: 1 526

Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağalı kənd tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə mənfi təsir göstərməsindən danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olduğunu, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsini, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb. Erkən nikah mövzusuna da toxunan rəis, bu cür problemlərin baş verməməsi üçün təhsilin vacibliyindən bəhs edib. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirməyi,  mütəmadi şəkildə mütaliə ilə məşğul olmalarını tövsiyə edib. Daha sonra çıxış edənlər narkotik asılılığın və erkən nikahın fəsadlarından, cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.

Sonda maraq doğuran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar