Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Tarix: 24-02-2024 21:08     Baxış: 1 596

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə şəhər icra hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov və digər iştirakçılar narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.

Məktəblilərlə həmsöhbət olan məruzəçilər onlara təhsilləri ilə bağlı dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda şagirdləri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar