Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO

Tarix: 03-02-2023 20:35     Baxış: 1 683




Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb.

Oxu.Az-ın məlumatına görə, valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar.


Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə  işlərinin aparılması planlaşdırılıb.

Qeyd edək ki, Nazim Hacı Əzizbala oğlu Əsədov 1974-cü il avqustun 11-də Siyəzən şəhərində anadan olub. O, 1991-ci ildə sözügedən məktəbi bitirib. N.Əsədov 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar