Xəbər lenti
15-09-2026, 17:52
 

Göyçayda “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında tədbir keçirilib - FOTO

Tarix: 23-02-2024 12:24     Baxış: 1 806

Göyçay şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaq  olub. 

RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev məktəblilərlə görüşdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edənlər erkən nikahın fəsadlarından söz açıb, ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar