Xəbər lenti
Dünən, 15:41
 
27-01-2026, 12:43
 

Lerikdə maarifləndirici görüş təşkil edilib - FOTO

Tarix: 22-02-2024 19:37     Baxış: 1 232

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, Çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev bildirib ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə aparılmasıdır. Şöbə rəisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələrinin müzakirə olunan mövzular ətrafında çıxışları dinlənilib, şagirdlərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar