Mədəniyyət evində "Zəfərin mübarək Azərbaycan gəncliyi" adlı dəyirmi masa keçirilmişdir
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evində 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar "Zəfərin mübarək Azərbaycan gəncliyi" adlı dəyirmi masa keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, Keçirilən tədbirdə Mədəniyyət işçiləri və Vətən müharibəsinin qaziləri, gənclər iştrak etmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Balakürd kənd Mədəniyyət Evinin netodisti Elçin Tağıyev bildirmişdir. Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.
Balakürd kənd Mədəniyyət Evinin direktoru Aygün Allahverdiyeva çıxış edərək Gənclərin əsas ehtiyaclarını, problemlərini həll etmək, imkanlarını düzgün dəyərləndirmək, mövcud durumu və dəyişiklikləri, spesifik sektoral problemlərini nəzərə almaqla həll etmək, növbəti nəsillərin problemlərlə deyil, "Azərbaycanın inkişafı naminə daha hansı uğura imza ata bilərəm" sualı ilə üz-üzə qoyub buna cavab axtarması istiqamətində əməli addımların atılması Ümummilli liderimizin adı ilə bağlıdır deyə bildirmişdir.
Ulu Öndərin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub.
Tədbirdə çıxış edən Qazilər bildirmişlər: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir.
Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır deyə bildirilmişdir.
Xəbəri paylaş