Xəbər lenti
25-07-2026, 19:27
 

Bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 103 ili tamam olur

Tarix: 21-02-2024 10:46     Baxış: 2 506

Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olub. Rəssam süjetli tablo, mənzərə, portret, natürmort, teatr-dekorasiya və digər sahələrdə sənət nümunələri yaradıb. O, “Mənim günahım” pyesinə, “Qayınana”, “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.

Mubarizciler.az xəbər verir ki,  B. Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Görkəmli rəssam “Əməkdar incəsənət xadimi”, “Xalq rəssamı” fəxri adlarına, Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, Prezident təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Onun haqqında “Rəssam ömrünün palitrası” adlı sənədli film çəkilib.


Böyükağa Mirzəzadə 2007-ci ildə vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar