Xəbər lenti
8-05-2024, 00:26
 

Mədəniyyət naziri Salyan, Neftçala və Cəlilabadda müəssisələrə baxış keçirib - FOTO

Tarix: 18-02-2024 15:29     Baxış: 511

Xəbər verdiyimiz kimi, fevralın17-də mədəniyyət naziri Adil Kərimli Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qəbuldan sonra nazir Salyan şəhərində bir sıra mədəniyyət müəssisələrinin  – Əlövsət Quliyeva adına rayon Mədəniyyət Mərkəzi, Salyan Dövlət Rəsm Qalereyası, Salyan Dövlət Kukla Teatrı və Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub.

Həmin gün Neftçala rayonunda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Xanoğlan Məmmədov adına rayon Mədəniyyət Mərkəzi və Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə baxış keçirilib. 

Son olaraq Cəlilabad rayonuna gələn nazir əvvəlcə Heydər Əliyev Mərkəzinə baş çəkib. Daha sonra Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində olub.    

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar