Xəbər lenti
18-11-2024, 12:06
 

Adil Kərimli Salyanda vətəndaşları qəbul edib - FOTOLAR

Tarix: 17-02-2024 16:47     Baxış: 1 449

Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşlarla görüşlər təşkil olunur, sakinlərin problem və təklifləri dinlənilir.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən fevralın 17-də Salyanda vətəndaşların qəbulu keçirilib. 

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhərindən sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar