Xəbər lenti
18-11-2024, 12:06
 

Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi - FOTO

Tarix: 16-02-2024 20:12     Baxış: 987

Fevralın 16-da mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsi üzrə mütəxəssislərlə hesabat və planlaşdırma görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşün məqsədi 2023-cü il ərzində mədəniyyət və yaradıcı sənayelərin inkişafı istiqamətində görülmüş işlər üzrə yekun nəticələrin təqdim edilməsi, sahədə mövcud olan çətinliklər barədə fikir mübadiləsinin aparılması, həmçinin 2024-cü il üçün planlaşdırılan layihə və tədbirlərə dair məlumatların, müvafiq tövsiyə və tapşırıqların verilməsi idi.

İlk öncə Nazirlik tərəfindən MYS sahəsində 2023-cü ildə görülən işlərə dair hesabat təqdim olunub. Hesabata əsasən bildirilib ki, ötən il ərzində 15 000 nəfər iştirakçının qatıldığı 30 layihə həyata keçirilib, 8 yerli təhsil proqramına start verilib, 20-dək yeni biznes subyektinin formalaşdırılmasına dəstək göstərilib. 

Daha sonra CulTech (mədəniyyət sahəsində startaplar), GameTech (oyun texnologiyaları), reklam, dizayn, film, animasiya, yumor, musiqi və media sahələrində fəaliyyət göstərən mütəxəssislər görüş iştirakçılarına təqdimatlar edib, 2024-cü il üçün tədbirlər planına dair təkliflərini səsləndiriblər. 

Görüş zamanı qeyd olunub ki, cari il üçün əsas hədəflər sırasında layihələrə daha çox iştirakçı və tərəfdaşların cəlb olunması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, ekosistem oyunçuları arasında şəbəkələşmə prosesinin davam etdirilməsidir.

Görüş MYS sahəsində iştirakçıları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar