Xəbər lenti
8-05-2026, 14:49
 

Zərdabda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Tarix: 16-02-2024 19:29     Baxış: 1 169

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə H.Zərdabi adına 1 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Görüşdə çıxış edən şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Murad Asifoğlu dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. O, bildirib ki, bu yola düşən şəxslər öz həyatlarını məhv etməklə yanaşı gələcəklərini ağ ölümə qurban verir və düçar olduqları bəladan qurtula bilmirlər. 

Daha sonra çıxış edən təhsil ocağının müəllimləri keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.

Tədbirin sonunda narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar