Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qarasu kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, məktəblilərə dəyərli tövsiyələr verib və təhsillərində uğurlar arzulayıb.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.
Xəbəri paylaş