Goranboyda “Vətənpərvərməktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib - FOTO
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrantmüsabiqəsi”nin qalibi olmuş “Vətənpərvərməktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayonu Veyisli kənd tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Daha sonra Goranboy rayonunun Qızılhacılı qəsəbə şəhidi Nofəl Nuriyevin anası Fatma Nuriyeva şəhidlərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb. Bucür layihələrin vacibliyindən bəhs edib. Çıxış edən Vətən müharibəsi iştirakçıları, qazi Tural Namazov və qazi Paşa Həsənov keçdikləri döyüş yolundan iştirakçılara ətraflı məlumat verib, layihənin əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman ŞahmatMəktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilmişdir.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edəcək.
Xəbəri paylaş