İcra Başçısı aparılan qruculuq işlərinə baxış keçirdib - FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərimizdə cari təmir və abadlıq işləri aparılan ərazilərdən biri də Bayraq Meydanı və Bayraq Muzeyi oldu.
Görülən işlər çərçivəsində 4,5 hektar ərazini əhatə edən meydanda elektrik sistemləri yeniləndi, sıradan çıxmış lampalar yeni, müasir standartlara uyğun lampalarla əvəzləndi.
Eyni zamanda fəvvarələrin təmiri, yeni tullantı qutularının qoyulması, skamyaların yenilənməsi, metal səthlərin boyanması və digər işlər icra olundu.
İkimərtəməli, səkkizguşəli ulduz şəkilində hazırlanmış Bayraq Muzeyinin şüşədən hazırlanmış xarici virajlarında, Azərbaycanın qədim və müasir tarixinə dair maraqlı eksponatların saxlandığı zalda və texniki avadanlıqlarda cari təmir işləri aparılıb. Bununla yanaşı Bayraq Muzeyinin dam örtüyü əsaslı təmir olunaraq tam yenilənib, muzeyinin tavanındakı sıradan çıxmış gipskarton vərəqlər dəyişdirilib.
Həmçinin Bayraq Muzeyinin yanındakı 800 yerlik amfiteatrı olan meydanda da təmir işləri görülüb, oturacaqlar yenilənərək, rənglənib.
Mubarizciler.az xəbər verir ki, ki, Şəmkir rayonunda aparılan yenidənqurma işlərinin məqsədi Şəmkir şəhərinin küçə və prospektlərində, parklardakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə əhalinin istifadəsinə verməkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.
Xəbəri paylaş