Yaxşı bir müəllim cəmiyyət üçün yüzlərlə layiqli vətəndaş yetişdirə bilər
Yaxşı bir müəllim cəmiyyət üçün yüzlərlə layiqli vətəndaş yetişdirə bilər.
Hər bir insanın ən böyük arzusu övladını xoşbəxt görməkdir.İnsan bəzən özünün həyatda çata bilmədiyi arzularına övladlarının çatmasını istəyir.
Elə müəllimdə belədir.Əsl müəllim şagirdlərini övladlarından ayırmır.
Çünki elmin,maarifçiliyin əhəmiyyəti bilən hər kəs onun gələcəyimizə hesablandığını və ölkəmizin inkişafına aparan ən uğurlu yol olduğunu bilir.
Müəllimin cəmiyyətə təsir imkanı daha böyükdür. Bir valideyn ən çoxu beş uşaq böyüdüb cəmiyyət üçün layiqli vətəndaş yetişdirə bilərsə,yaxşı bir müəllim isə yüzlərlə belə vətəndaş yetişdirə bilər.Ona görə də müəllim ən ali peşədir.
Sevinirəm ki,mən də belə şərəfli peşədə çalışıram.Ən çox sevindiyim isə odur ki,hal-hazırda işlədiyim məktəbdə onlarla Azərbaycanın gələcəyi olacaq gənclər yetişir.
Azərbaycanın gələcəyi olan bütün gənclərimizi Gənclər Günü münasibəti ilə təbrik edirəm!
Hörmətlə:Fuad Zamanov GDU-nun dokturantı.
Xəbəri paylaş