Xəbər lenti
15-09-2026, 17:52
 

Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim edilib - FOTO

Tarix: 06-02-2024 17:20     Baxış: 1 715

Fevralın 6-da Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. 

Mubarizciler.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, tanınmış memar Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bu ordenə layiq görülüb. 

Mədəniyyət naziri Adil Kərimli Elbay Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər paytaxtımızın baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri təltif edilib.

Elbay Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar