Xəbər lenti
18-11-2024, 12:06
 

Sima Babayeva: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir

Tarix: 01-02-2023 23:58     Baxış: 7 176

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Sima Babayeva öz şəxsi internet səhifəsində paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik.

Bu barədə artıq bir neçə dəfə məlumat vermişəm.Nazir müavini Rəhman Hümmətovun himayəsində olan,yuxarıda adı çəkilən agentliyin direktoru Anar Rzayev haqda deyilənlərə,yazılanlara hələki fikir verən yoxdur.Keçmiş əməkdaşlar isə haqq-ədalət tələb edirlər.Tələblərində də israrlıdırlar. 

Bildirilir ki,Anar Rzayev 25 ilə yaxın beynəlxalq yükdaşıma sahəsində   sahibkarlıq fəaliyyəti ilə məşğul olub.Abşeron rayonunda,Xırdalan şəhərində hazırda da böyük bir ərazidə qarajı var.Hətta jurnalistlər də bu yaxınlarda orada çəkiliş ediblər.Youtube-da həmin videomaterial yerləşdirilib.Anar Rzayevin bu qarajdan üçqat pul qazanır.

Orada həm avtomobil təmiri işləri gördürür,həm maşınların ehtiyat hissələrinin alverini aparır,həm də obyekti,TIRları icarəyə verir. 


Şikayətçilər iddia edirlər ki,dünyanın heç bir yerində bizneslə məşğul olan adamı dövlət idarəsinə rəhbər qoymurlar.Bəs necə olub ki bizdə buna göz yumurlar? 


17 fevral 2022-ci ildə Bakının Heydər Əliyev prospektində "R Group Azerbaijan" beynəlxalq yükdaşıma şirkətinin əməkdaşları Anar Rzayevin haqsızlığına etiraz olaraq yolları bağladıqdan sonra Anar müəllim qorxuya düşərək həyat yoldaşının qohumu Zaur Ramazanovu dərhal işdən uzaqlaşdırıb.Hələ bu azmış kimi başqa qohumu-Sərxan Rzayevi yanına işə düzəldib.Nəzarət İdarəsinə rəis.Bu adam əlaqəli işlədikləri bütün şirkətlərin nümayəndələrini çağırıb deyir ki,bizim dediyimiz kimi işləməlisiniz.Yəni əliniz cibinizdə olsun.Yoxsa işiniz çətinləşəcək.

Məlum olub ki,Sərxan Rzayev polisdə işləyibmiş.Oradan əyyaşlığına görə qovulub.İş otağında araq şüşəsi ilə görüblər.Butulkanın badına gedib.Sonra belə bir adama təhsil sahəsində iş veriblər.Orada da pul yığmaqla məşğul olub.Əməllərinin üstü açılanda uzaqlaşdırılıb.Nəhayət,qohumu Anar Rzayev Sərxanı hazırkı vəzifəyə yerləşdirib. 


Dünyanın heç bir yerində sahibkarlığa bu qədər maneələr yaradılmır.Bunlar o qədər harınlaşıb,azğınlaşıblar ki,sahibkarları şikayət edib tutdururlar.Halbuki tutulmalı özləridi.İstənilən ölkədə mikrobiznes dəstəklənir.Bizdə də cənab Prezident dəfələflə göstəriş verib,çıxışlarında bildirib ki,sahibkarlara,iş adamlarına mane olmasınlar,süni maneələr aradan qaldırılsın,yoxlamalar yığışdırılsın.Hətta kiçik və orta biznesin inkişafı üçün KOBİA adlı təşkilat da yaradılıb.Həmçinin ABAD layihəsi ilə kiçik və orta biznesə dəstək verilir.Anar Rzayev kimi məmurlar isə bu göstərişlərə məhəl qoymayaraq öz inhisarını qurur.Özü də qeyri-qanuni yollarlar.Çünki onun üçün qanun da,qayda da arxadaşı nazir müavini Rəhman Hümmətovun dedikləridi.Məhz ona güvənərək bəd əməllərini çəkinmədən yerinə yetirir.Yoxsa yaşayışın çətin vaxtında 35 nəfər fəhləni çölə atıb yerinə öz rayonundan olanları götürməzdi.Yerüstü Nəqliyyat Agentliyini şəxsi mülkü hesab edir.Qohum,dost,yaxınlar,hamısını yerləşdirib.İxtisasının uyğun gəlib-gəlmədiyi veclərinə də deyil.Bu özbaşınalığa nəhayət son qoyan olacaqmı?



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar