Xəbər lenti
18-11-2024, 12:06
 

Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova ilə görüşüb - FOTO 0

Tarix: 02-02-2024 16:29     Baxış: 1 008

Mədəniyyət naziri Adil Kərimli fevralın 2-də Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qonağı salamlayan nazir onun Fondun yeni rəhbəri təyin olunması münasibətilə təbriklərini çatdırıb, işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü ilə və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.

Türk Mədəniyyəti və İrsi Fondu yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəamdi olaraq fəallıq göstərir, onların həyata keçməsinə dəstək göstərməkdədir.

Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, Fondun üzərində düşən vəzifələrin uğurla icrasında üzv-dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda, Fondun Baş Qərargahına evsahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edildi.


Qeyd edək ki, Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının (TDT) 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu Zirvə toplantısında TMİF-in prezidenti təyin olunub. 

Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru olan Aktotı Raimkulova 1964-cü ildə Almatı şəhərində Qazaxıstanın tanınmış yazıçısı Rahmetolla Raimkulovun ailəsində doğulub. 1987-ci ildə Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bəstəkar, pianoçu və musiqi nəzəriyyəsi müəllimi ixtisası üzrə bitirib. 2007-ci ildə sənətşünaslıq üzrə namizədlik (fəlsəfə doktorluğu), 2010-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. 2016–2019-cu illərdə Qazaxıstan mədəniyyət və idman nazirinin müavini, 2019–2022-ci illərdə nazir vəzifələrində çalışıb. TMİF-in rəhbəri təyin olunanadək “Qazaxkonsert”in direktoru olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar