Xəbər lenti
18-11-2024, 12:06
 

Adil Kərimli Azərbaycan Milli İncəsənət Muzeyində görüş keçirib - FOTO 0

Tarix: 01-02-2024 14:01     Baxış: 945

Mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslərlə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşün məqsədi xaricdə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslər arasında dialoq və şəbəkələşmə üçün münbit şərait yaradılması, eyni zamanda xaricdə təhsil almış şəxslərin bilik və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni inkişafına töhfə verməkdən ibarətdir.

İştirakçıları salamlayan nazir ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamları ilə gənclərimizin müxtəlif ixtisaslar üzrə xaricdə təhsil alması istiqamətində ardıcıl addımlar atılır: “Sizlərin bir çoxu möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif sahələri üzrə təhsil almış insanlarsınız. Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinin inkişafı ilə bağlı qarşımızda qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsində beynəlxalq təcrübəyə əsaslanan biliklərə, yanaşmalara ehtiyac var”.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən də gənclərimizin mədəniyyət sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi dəstək göstərilir.

Daha sonra görüşdə iştirakçıların maraqlı fikirləri dinlənilib, mədəniyyətin ayrı-ayrı sahələri üzrə diskussiya keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar