Xəbər lenti
18-11-2024, 12:06
 

Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib - FOTO 0

Tarix: 27-01-2024 18:33     Baxış: 1 435

Yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müşavirədə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki, Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert müəssisələrinin rəhbərləri iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən paytaxtla yanaşı, bölgələrimizin də inkişafı diqqətdə saxlanılır. Ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları üzrə bölgələrdə mədəniyyət təsisatlarının təkmilləşdirilməsi və inkişafı, xüsusilə region teatrlarının binalarının təmiri və yenidən qurulması, vətəndaşların mədəni istirahətinin daha yaxşı təmin olunması ilə bağlı mütəmadi işlər görülür. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da regionlarda mədəni quruculuğa böyük töhfələr verir, fondun dəstəyi və təşkilatçılığı ilə mədəniyyət sahəsinin inkişafına xidmət edən silsilə layihələr həyata keçirilir.

Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası”nın rəyləri nəzərə alınmalıdır. Teatrların repertuarı üçün əsərlər seçilərkən ədəbi nümunələrin müasirliyi, ideya-bədii cəhətdən mükəmməlliyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğunluğu və maarifləndirici xüsusiyyətlərə malik olması vacib şərtdir. 

Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti təmin olunmalı, marketinq və teatr-sponsor strategiyasının formalaşdırılması, rəhbərlər üçün treninqlərin keçirilməsi, dramaturqlarla əlaqələrin qurulması diqqətdə saxlanılmalıdır. Gənc yaradıcı kadrların öz potensiallarını lazımi səviyyədə nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması da vacib məsələlərdəndir. Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə bir sıra dövlət teatrlarının nəzdində yaradılmış teatr-studiyalarının fəaliyyətinə yenidən baxılmalıdır. 

Vurğulanıb ki, konsert müəssisələrində illik abonement konsertlərin hazırlanmasına diqqət artırılmalı, musiqi axşamları barədə məlumat əvvəlcədən ictimaiyyətə elan edilməlidir. Vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.

Həmçinin bildirilib ki, paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının və konsert müəssisələri kollektivlərinin bölgələrə qastrol səfərləri təşkil olunmalı, onlar da region sakinlərinin mədəni istirahətinə öz töhfələrini verməlidirlər.

Qeyd edilib ki, bütün müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar davamlı şəkildə təlimatlandırılmalıdır. 

Müşavirədə çıxış edən Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimli, Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar Hüseynova, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov, Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Allahverdi Musayev, həmin teatrın baş rejissoru Musa Eyyubov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev müəssisələrin fəaliyyəti haqqında məlumat verib, təkliflərini səsləndiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar