Xəbər lenti
15-09-2026, 17:52
 

Elm və təhsil naziri Göyçayda təmirə ehtiyacı olan məktəbə baxış keçirib - FOTO 0

Tarix: 22-01-2024 23:30     Baxış: 1 309

Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib. Mubarizciler.az-ın məlumatına görə, Məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib. 

 

Məlumat verilib ki, cari ildə məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə start veriləcək. 

 

Qeyd edək ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Cari ildə 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin isə təmir-tikintisi planlaşdırılır.

 

Təhsil müəssisələrinin təmir-tikintisi Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar