Xəbər lenti
8-05-2026, 14:49
 

Gəncə şəhəri URBAN Mərkəzində “Yaşayan saniyər” adlı foto sərginin rəsmi açılışı olub - FOTO 0

Tarix: 28-12-2023 18:35     Baxış: 1 925

25 dekabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyər İdarəsinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncə şəhəri URBAN Mərkəzində “Yaşayan saniyər” adlı foto sərginin rəsmi açılışı olub.

Mubarizciler.az xəbər verir ki, Sərginin açılışında Gəncə-Daşkəsən Regional Mədəniyyər İdarəsinin, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gəncə Regional Turizm İdarəsinin, Gəncə İctimai İştirakçılıq Məclisinin və Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinin iştirakı ilə açılan sərgi növbəti ilin yanvar ayının 7-nə kimi davam edəcəkdir.

 Sərgidə 20-dən çox fotoqrafın 150-yə yaxın fotosu sərgilənir. Sərgilənən fotolar əsasən Gəncə və ətraf bölgələrin mədəni irsinə, təbiət gözəlliklərinə və insanlarına həsr edilib.

Sərgi boyunca Gəncə Dövlət Filarmoniyasının solistləri tərəfindən çeşidli musiqi parçaları səsləndirilib.

Sərginin təşkilində əsas məqsədlərdən biri bölgədə fəaliyyət göstərən fotoqrafların mədəni tədbirlərə cəlb edilməsi, yaradıcı sənayelərin tərkib hissəsi olan fotoqrafiya sənətinə kreativ yanaşmanın təbliğ edilməsi idi.

Sərgi çərçivəsində professional fotoqraflarla bərabər həvəskar fotoqraflarında işləri sərgilənməkdədir.

Kifayət qədər marağa səbəb olan fotosərginin fərqli mövzular ətrafında mütəmadi təşkil edilməsi nəzərdə tutulmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar