Xəbər lenti
25-07-2026, 19:27
 

Göyçayda polis əməkdaşları məktəblilərlə görüşüb 0

Tarix: 22-12-2023 23:13     Baxış: 6 020


Göyçay şəhər 1 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək”  mövzusunda  tədbir keçirilib.  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə narkotik vasitələrin fəsadları barədə məktəblilərə ətraflı məlumat verilib. 

Mubarizciler.az xəbər verir ki, Məktəblilərlə görüşdən çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev  əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. 

Həmçinin, tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar