Xəbər lenti

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya, erkən nikah və məişət zorakılığına yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib - FOTO 0

Tarix: 21-12-2023 00:26     Baxış: 6 013

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 nömrəli tam orta məktəbdə "Narkomaniya, erkən nikah və məişət zorakılığına yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Mubatizciler.az-ın məlumatına görə, Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Şöbə rəisi dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

Sonra Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, rayon təhsil sektorunun müdiri Kamal Təhməzov və digər aidiyyəti qurumların nümayəndələri çıxış edərək erkən nikahların ailədə, cəmiyyətdə yaratdığı fəsadlar, bu neqativ halla mübarizədə görülməli olan işlərlə bağlı məlumat veriblər. Hər kəsi bu kimi həssas mövzularda diqqətli olmağa, vətəndaş mövqeyi sərgiləməyə çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar