Xəbər lenti
25-07-2026, 19:27
 

Salyan Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüşlər keçirilib - FOTO 0

Tarix: 18-12-2023 11:10     Baxış: 7 371

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qaraçala və Qızılağac kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüşlər keçirilib. 

Mubarizciler.az-ın məlumatına görə, Tədbirlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Şöbə rəisi bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Bu cür halların qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür və gəncləri bu maddələrin qurbanına çevrilməsində əsas rolu oynayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar. 

Digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.

Hər iki görüşün sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar