Xəbər lenti
8-05-2024, 00:26
 

Gəncədə Rəşid Behbudovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO 0

Tarix: 15-12-2023 00:02     Baxış: 7 336

Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Mubarizciler.az-ın məlumatına görə, 14 dekabr Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bənzərsiz ifası və səsi ilə milli musiqimizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük rol oynayan Rəşid Behbudovun anadan olmasının 108 illiyi təntənəli qeyd edilib. 

Konsert proqramından öncə filarmoniyanın foyesində Rəşid Behbudovun mahnılarından ibarət musiqilər səsləndirilib.

Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Anar Şuşalı, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Şaban Cəfərov, Tural Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədov tərəfindən səsləndirilən Rəşid Behbudovun ifalarından ibarət mahnnılar gurultulu alqışlarla qarşılanıb. Həmçinin filarmoniyanın rəqqas və balet artistləri Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri tamaşaçıların böyük marağına səbəb olub.

Konsertdə Gəncə şəhərinin rəsmiləri, ziyalıları, mədəniyyət, incəsənət xadimləri və görkəmli müğənninin parlaq sənətinin vurğunları iştirak ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar