Xəbər lenti

İctimaiyyətçi Mərkəzi Xəstəxananın fəaliyyətindən yazdı 0

Tarix: 12-12-2023 23:10     Baxış: 7 623

Vətəndaşlara şərəflə xidmət edən bütün həkim kollektivinə sonsuz minnətdarlığımı bildirirəm.

Bu gün anamın səhhətində yaranmış problemi ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında oldum.

Mərkəzi Xəstəxanada vətəndaşlara göstərilən diqqət və qayğının bir daha canlı şahidi oldum.

Dəyərli Azərbaycan övladı, səlahiyyəti çərçivəsində ünvanına edilən müraciətlərə operativ cavab verərək dəstəyini əsirgəmiyən Ülfət Əhməd oğlu Qurbanov "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsə baş həkimi başda olmaqla bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, Terapiya şöbəsinin müdiri, həkim kardioloüq İradə Kələşovanında zəhməti danılmazdır.

Bütün müalicə və müayinələr edildi, yüksək səviyyədə xidmət göstərildi.

Mərkəzi Xəstəxanada Şəhid və Qazi ailələri, Müharibə veteranları növbədən kənar qəbul edilərək rəhbərliyin göstəriş və tapşırıqları əsasında onlara həssaslıqla yanaşılır.

Mərkəzi Xəstəxana bütün dərman peraparatları ilə təmin edilib, xüsusi avadanlıqlar quraşdırılaraq əhaliyə xidmət yüksək səviyyədə göstərilir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası nəinki şəhər sakinlərinə eyni zamanda ətraf rayon və şəhərlərdən gələn vətəndaşlarada xidmət edir.

P.S Dövlət başçısı İlham Əliyevin 2013-cü il 18 aprel tarixli Sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. 

Ümumi sahəsi 6 hektar olan xəstəxananın yenidənqurma işlərinə 2013-cü ilin may ayında başlanılıb və bu ilin fevralında başa çatdırılıb.

Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıq ilə təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada tibb işçiləri tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstəriləcək.

Xəstəxana kompleksindəki şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şua-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili tibbi yardım stansiyası və əməliyyat blokları tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlar ilə təmin edilib. Səhiyyə ocağında ilk dəfə olaraq, 10 çarpayılıq dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək.

Bu gün səhiyyəmizin inkşafında yaradılmış şəraitə görə Ölkə Başçısı Cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

Uca Allah bütün xəstələrimizə şəfa versin.


Elçin Tağıyev

Goranboy rayon Qızılhacılı qəsəbə sakini, İctimaiyyətçi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar