Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Şəkidə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib - FOTO 0

Tarix: 08-12-2023 22:21     Baxış: 5 502

Şəkidə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib

Mubarizciler.az-ın məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 8 saylı beynəlmiləl tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. 

Daha sonra erkən nikah və dini radikalizmin fəsadlarından söz açılıb, bu kimi halların qarşısının alınması məqsədilə görülən işlər barədə məktəblilər məlumatlandırılıb. 

Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar