Xəbər lenti

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir təşkil olunub - FOTO 0

Tarix: 07-12-2023 20:38     Baxış: 5 075

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəyəçöl kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir təşkil olunub.

Mubarizciler.az-ın məlumatına görə, Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirib ki, bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.

Sonra Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq, Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətlə bağlı məktəblilərə məlumat verilib. Polis akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışılıb.

Müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar