Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda, “Heydər Əliyev İli” çərçivəsində, “Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir.“ mövzusunda tədbir keçirildi - FOTO 0

Tarix: 06-12-2023 16:57     Baxış: 5 614


Goranboy rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində, “Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir.“ mövzusunda tədbir keçirildi. Tədbirdə, Goranboy RİH Başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və ictimai fəallar iştirak etdilər. 

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.

 Tədbirdə, Müasir Azərbaycanın banisi Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını qurban vermiş  Vətən övladlarımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.  Xalqımızın tarixi adət-ənənələrini, milli irsimizi və  mədəniyyətimizin dəyərlərini  özündə yaşadan  Xalçaçılıq kitabları, İpək parçalar və Kəlağayıdan ibarət sərgi və xüsusi videoçarx  nümayiş etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı, şəhid anaları və digər ziyalılar, Azərbaycan mədəniyyətinin mənəvi irsini, estetik dəyərlərini özündə əks etdirən kəlağayının yaranma tarixi, atributları və ornamentləri barədə danışdılar. Azərbaycanın  birinci xanımı Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayı sənətinin  Heydər Əliyev Fondu tərəfindən  UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi xüsusilə vurğulandı. Tədbirin sonunda, İcra Başçısı Məhərrəm Quliyev tərəfindən  şəhid analarına kəlağayı təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar