Xəbər lenti
15-09-2026, 17:52
 

Adil Kərimli Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib - FOTO 0

Tarix: 02-12-2023 19:53     Baxış: 7 840

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib.

Mubarizciler.az-ın əldə etdiyi məlumata görə, Nazir qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib.

Akif Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar