Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" mövzusunda məktəblilərlə görüş keçirilib - FOTO 0

Tarix: 25-11-2023 01:24     Baxış: 11 655

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xıl kənd tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Çıxışlarda dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb.

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək baxımından bu cür görüşlərin, maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti var.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar