Xəbər lenti

Sabirabad rayonunda “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib - FOTO 0

Tarix: 24-11-2023 01:04     Baxış: 8 470

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 1 və 5 saylı tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Mubarizciler.az-ın məlumatına görə, Görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.

Erkən nikahların fəsadları barədə də çıxış edən polis rəisi, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar