Xəbər lenti

Nəsimi haqqında bəzi rəvayətlər

Tarix: 31-01-2023 02:57     Baxış: 2 589


Bəzi din xadimləri onu Allahsız adlandırır. Lakin, Nəsimi dini inkar etmir, əksinə dindən istifadə edənlərə tənqidi yanaşır. Nəsiminin özü seyid nəslindən idi, həmçinin namaz qılıb, Allahına dua edən bir şəxs idi. Sadəcə olaraq, insanların gözünü açmağa çalışır, onları ədalətsizliyə, haqsızlığa qarşı çıxmağa çağırırdı. Ona görə də o dövrün din xadimləri, hökmdarları onu günahlandırıb, aradan çıxarmağa çalışırdılar. Xalqın gözündə onu Allahsız adlandırıb, hamını ona qarşı çıxardıblar.

Şairin zindanda olarkən yazdığı “Ağrımaz” qəzəli ilə bağlı rəvayət də ibrətamizdir. Rəvayətə görə, şairin ölümünə fitva verən ruhani deyir:

“Bu adam o qədər lənətə layiqdir ki, onun qanından hara düşsə, kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı həmin fitva verən ruhaninin barmağına sıçrayır. İlahi ədalət.Əhali onun barmağının kəsilməsini tələb edir. Qorxuya düşən ruhani həyəcanla: “Mən söz məsəli demişəm” – söyləyib canını qurtarır. Bu zaman qanlar içində olan şair deyir:

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar

Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz

Tək bu misralarla şairin və ruhaninin  keyfiyyətləri, şəxsiyyətlərinin necəliyi nəzərə çarpır. Yeri gəlmişkən Nəsiminin “Ağrımaz” qəzəli də özünüdərketmə baxımından diqqətə layiqdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar